Türkiyə Superliqasında 12-ci tura start verilib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, açılış oyununda "Trabzonspor" səfərdə "Yeni Malatyaspor"la üz-üzə gəlib. Oyun meydan sahiblərinin darmadağını ilə nəticələnib - 5:0.
Bu qələbə ilə xalını 21-ə çatdıran Malatya təmsilçisi 5 pillə irəliləyərək 2-ci yerə yüksəlib. "Trabzonspor" 16 xalla 9-cudur. Turnir cədvəlinə 24 xalla "Başakşəhər" başçılıq edir.
Qeyd edək ki, turun digər oyunları bu gün və sabah keçiriləcək.
9 noyabr
Türkiyə Superliqası, 12-ci tur
"Yeni Malatyaspor" - "Trabzonspor" - 5:0
Qol: Gilyerme, 36, 64, Aleksiç, 38, 48, Butaib, 51
Milli.Az