Makqreqor dünya çempionu ilə döyüşə çıxa bilər

10 Noyabr 2018 07:15

MMA döyüşçüsü Konor Makqreqor boks üzrə dünya çempionu Poli Malinyaci ilə döyüşə çıxa bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu tanınmış promouter Eddi Hirn deyib.

"Makqreqorun nümayəndələrinə dedim ki, Konor Polini uda bilər. Təkcə onu deyə bilərəm ki, döyüş maraqlı olacaq", - deyə o vurğulayıb.

Promouter artıq Malinyaci ilə məsələni müzakirə etdiyini bildirib. Onun sözlərinə görə, boksçunun nümayəndələri döyüşə görə böyük məbləğ ödəməyə hazırdırlar və bu barədə Makqreqorun təmsilçilərinə məlumat verilib.

Milli.Az