Türkiyədə hərbi sursatın partlaması nəticəsində 25 nəfər yaralanıb

9 Noyabr 2018 23:14

Türkiyənin Hakkari bölgəsinin İraqla sərhədində yerləşən Şemdinli rayonuna bağlı Derecik Ortaklar kəndində hərbi sursatın partlaması nəticəsində 25 hərbçi yaralanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hadisə nəticəsində itkin düşən 7 əsgərin axtarışı davam edir. Yaralılar helikopterlərlə Yüksekova və Hakkari xəstəxanalarına çatdırılıblar.

Milli.Az