Filippində maraqlı hadisə qeydə alınıb.
Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, daxili reyslərdən birinin səfəri zamanı təyyarədə yeməyi bitdiyi üçün ağlayan 1 aylıq körpəni stüardessa əmizdirib. 9 ay əvvəl ana olan 24 yaşlı stüardessa bu fotonu sosial şəbəkədə paylaşıb.
24 yaşlı stüardessa Patrişa Orqano sərnişinin körpəsini əmizdirmə fotosunu "Facebook" səhifəsində paylaşıb. Orqano bildirib ki, səfər zamanı körpəsi ağlayan anaya yaxınlaşaraq yardım təklif edib. Anası 9 saat hava limanında olduqları üçün körpənin yeməyinin bitdiyini bildirib. Təyyarədə isə uşaq yeməyi olmadığı üçün stüardessa körpəni əmizdirməyi təklif edib. Ana bu təklifi qəbul edib.
Jade adlı bir qızı olan Orqano "Yad bir adamın körpəsini əmizdirdim" başlığı altında yazdığı mesajda bunları qeyd edib:
"Körpə çox acımışdı. Onu əmizdirəndə anasının gözlərində xoşbəxtlik gördüm. Körpə yuxuya gedənə qədər ona süd verdim".
Videonu izləmək üçün şəklə klikləyin:
Milli.Az