İŞİD Melburndakı hadisənin məsuliyyətini öz üzərinə götürdü

9 Noyabr 2018 17:46

İŞİD terrorçu qruplaşması Avstraliyanın Melburn şəhərində naməlum şəxsin bıçaqla kütləyə hücumunun məsuliyyəti öz üzərinə götürüb. 

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

Xatırladaq ki, Melburnda bir avtomobilin ticarət mərkəzinə çırpılıb alovlanması ilə bağlı hadisə yerinə gələn polis əməkdaşları əlində bıçaq olan və "Allahu əkbər" qışqıran naməlum şəxsin hücumuna məruz qalıb. Nəticədə üç nəfər mülki şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onlardan biri dünyasını dəyişib. Həmçinin terrorçu polisin açdığı atəş nəticəsində güllə yarası alaraq daha sonra xəstəxanada ölüb.

Hadisəni törədən şəxsin 1990-cı illərdə Somalidən köçdüyü bildirilir.

Milli.Az