Bu il əlillik təyin olunanların sayında əhəmiyyətli azalma qeydə alınıb

9 Noyabr 2018 15:09

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlillik təyinatlarında şəffaflığın və qanunvericiliyin tələblərinin təmin edilməsi, yanlış əlillik təyinatlarının qarşısının alınması istiqamətində aparılan işlər ilkin əlillik təyin olunanların sayında azalmaya səbəb olub.

Milli.Az xəbər verir ki, 2018-ci ilin 9 ayı ərzində əlillik təyin olunanların sayında ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz azalma qeydə alınıb.

Cari ilin III rübündə əlillik təyinatlarının sayı öncəki rüblərlə müqayisədə daha da azalıb. Belə ki, həmin dövrdə ilkin əlillik təyin olunanların, həmçinin 18 yaşadək sağlamlıq imkanları məhdud uşaq (SİMU) hesab edilənlərin sayı bu ilin birinci rübünə nisbətən 61,3 faiz, ikinci rübünə nisbətən 20 faiz azalıb.

Qrup

2018

 III rüb

2018

I rübə nisbətən azalma

2018

 II rübə nisbətən

azalma

I qrup

375

75,84%▼

36,87%▼

II qrup

1990

62,27%▼

18,38%▼

III qrup

696

51,93%▼

22,49%▼

SİMU

995

55,00%▼

11,71%▼

Cəmi

4056

61,32%▼

19,79%▼

Qeyd edək ki, cari ilin may ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlilliyin qiymətləndirilməsi və reabilitasiya sisteminin təkmilləşdirilməsi məqsədilə İşçi Qrupu yaradılıb. İşçi Qrupu tərəfindən Səhiyyə Nazirliyindəki müvafiq İşçi Qrupu ilə birgə işlər aparılmaqla, risk qrupu xəstəlikləri ilə əlaqədar əlillik təyinatları araşdırılır və əsassız tərtib olunmuş göndərişlər aşkar edilərək ləğv olunur.

Eyni zamanda, əlilliyin qiymətləndirilməsi üçün müraciət sisteminin sadələşdirilməsi, mövcud normativ-hüquqi aktlarda süründürməçiliyə imkan yaradan boşluqların aradan qaldırılması, əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin strukturunun təkmilləşdirilməsi istiqamətində nazirlik müvafiq işləri aparmaqdadır.

Milli.Az