Masallıda 4 otaqlı evin tavanı və çardağı yandı

9 Noyabr 2018 15:29

Masallıda yanğın faktı qeydə alınıb.

Milli.Az-a FHN-dən verilən məlumata görə, yanğın rayonunun Qızılavar kəndində baş verib.

Məlumata görə, ümumi sahəsi 180 m² olan birmərtəbəli 4 otaqlı evin tavanı və çardağı 120 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az