"Qarabağ"ın rəqibinin yeni baş məşqçisi müəyyənləşdi

9 Noyabr 2018 14:29

Portuqaliyanın "Sportinq" klubu yeni baş məşqçisinin adını açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, hollandiyalı mütəxəssis  Marsel Keyzer "Sportinq"in yeni baş məşqçisi təyin olunub. Keyzer "Sportinq"lə 2021-ci ilin  30 iyun tarixinə qədər müqavilə imzalayıb. O, bundan öncə "Al Jazeera" və "Ayaks" klublarında çalışıb.

Qeyd edək ki, Avropa Liqasında "Qarabağ"ın rəqibi olan "Sportinq", ölkə çempionatında 9 turdan sonra lider "Porto"dan 2 xal az toplayaraq üçüncü pillədə qərarlaşıb.

Milli.Az