"Mənim səhnədə təbiliyim onu valeh edirdi" - Rafael Dadaşov

9 Noyabr 2018 13:24

Xalq artisti Rafael Dadaşov həmkarı Amaliya Pənahova ilə vida mərasiminə qatılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa ilə bağlı xatirələrini bölüşən Dadaşov kövrəlib. O bildirib ki, A.Pənahova ilə dəfələrlə eyni səhnəni bölüşüb:

"Amaliya xanımla bağlı ancaq bizim kimi sənətkarlar danışa bilərlər. Gənc nəslin onun sənətinə söz deməyə ixtiyarı yoxdur. Onların axı buna səlahiyyətləri çatmaz. Amaliya Pənahova hamı üçün bir məktəb olub. Onunla eyni səhnəni bölüşdüyüm üçün xoşbəxtəm. 

Hər zaman deyirdi ki, sən təbi aktyorsan. Mənim təbiliyim onu valeh edirdi. Tək yaxınları, ailəsi, aktyorlar yox, bütün Azərbaycan böyük sənətkarını itirdi. 

Amaliya Pənahova gözəl ömür yaşadı. Sənətin zirvəsinə qalxdı. Hər dəfə deyirdi ki, kaş sən də Bələdiyyə Teatrında çalışardın. 

Artıq nəhəng aktyorlardan kimsə qalmayıb. Bundan sonra kimin haqqında danışacağıq ki? Çox pərişanam".

Milli.Az