Ana olmaq üçün dərmanlara ehtiyac yoxdur - Bu qidalar sizə kömək edəcək

10 Noyabr 2018 19:35

Ana olmaq hər bir qadının arzusudur. Ancaq bəzən elə olur ki, müəyyən səbəblərə görə  qadınların hamilə qalmasında problemlər yaranır. Amma çoxları dərdlərinin əlaclarının gündə yedikləri qidalarda olduqlarından xəbərsizdirlər.

Milli.Az medicina.az-a istinadən qadınlara hamilə qalmaqda kömək edəcək qidaların siyahısını təqdim edir:  

Banan: B6 vitamini və kaliumla zəngindir. Yumurta hüceyrəsinin keyfiyyətini artırır.  
 
Qırmızı meyvələr (tut, moruq, qaragilə): Tərkibində çoxlu miqdarda C vitamini və fol turşusu olan qırmızı meyvələr progesteron hormonunun (hamiləlik hormonu) hüceyrəyə daxil olmasına kömək edərək mayalanma riskini artırır.
 
Yağsız ət (toyuq, kırmızı ət): Dəmir və əsas yağ turşuları  baxımından çox zəngindir.  Dəmir azlığı qadınlarda yumurta hüceyrəsinin yetişməsində problemə səbəb ola bilər.  
 
Yumurta: D vitamini, omega-3 yağ turşusu və fol turşusu ilə zəngindir. Gün ərzində 1 və ya 2 yumurta fərqli formalarda bişirilərək yeyilə bilər.
 
Sarıkök: C, E vitamini ile, fol turşusu, beta karoten və lutein kimi antioksidantlarla  zəngin olan sarıkök aybaşı pozulması zamanı daha faydalıdır. Antioksidanlar  bədəndə olan zərərli sərbəst  radikalları zərərsizləşdirərərk yumurta hüceyrəsinin keyfiyyətini artırır.
 
Sarımsaq: Tərkibində bol miqdarda antioksidant maddələr var. Bu isə mayalanma prosesinə müsbət təsir göstərir.
 
Zeytun yağı: Tərkibində yüksək miqdarda doymamış yağ turşuları var. Qadınlarda insulin müqavimətini azaldaraq ana olmaq üçün hazır hala gətirir. 

Milli.Az