Avroliqada həftənin ən yaxşı oyunçusu kim olacaq? - 4 namizəd

9 Noyabr 2018 13:39

Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, namizədlər arasında  Matye Valbuena ("Fənərbaxça"), Takumi Minamimo ("Zalsburq"), Kostas Fortunis ("Olimpiakos") və Miyat Qaçinoviç ("Ayntraxt") yer alıb.

Minamino het-trik, Fortunis dubl  və 1 qol ötürməsi ilə fərqlənib. Digər iki oyunçu 1 qol və 1 məhsuldar ötürmə edib.

Azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək, bu həftənin ən yaxşı oyunçusunu müəyyənləşdirəcək.

Milli.Az