Goranboyda “VAZ” alışdı, yaxınlıqdakı tikililər...

9 Noyabr 2018 11:39

Goranboy rayonunda avtomobil alışıb. 

Milli.Az-a FHN-dən verilən məlumata görə, hadisə rayonun Xanqərvənd kəndində baş verib.

Məlumata görə, "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az