Ülviyyənin evi qarət edildi

9 Noyabr 2018 11:59

Aktrisa Ülviyyə Əliyevanın evinə oğrular girib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə aktrisa özü məlumat verib. O bildirib ki, oğru evə girdiyi gün anasıgildə qalıb. Ülviyyə Əliyeva qızıllarının götürüldüyünü vurğulayıb:

"Yoldaşım Rusiyada idi. Anamgildə qaldım. Kimsə bilib ki, evdə yoxuq. Hadisə Xətai rayonu ərazisində baş verib. Polisə müraciət etmişik".

Milli.Az