Ucarda avtomobil velosipedçini vuraraq öldürüb

9 Noyabr 2018 00:00

Ucar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, Qazıqumlax-Qaradağlı kəndləri istiqamətində hərəkətdə olan "VAZ-2106" markalı minik maşını velosipeddə olan rayon sakini Abdullayev Xalid Sədri oğlunu vuraraq ona ağır xəsarət yetirib. Nəticədə velosipedçi yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Goranboyda məktəblini avtomobil vurub.

Milli.Az