Bakı Metropoliteni gələn il 50 yeni qatar alacaq

8 Noyabr 2018 18:50

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti gələn il 50 yeni və müasir vaqon alacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında qurumun istismar üzrə baş mühəndisi Əlixan Osmanov deyib.

Ə.Osmanovun sözlərinə görə, gələn il yeni stansiyanın açılışı ilə bağlı metropolitenin vaqon parkı yenilənəcək: "Alınan 50 vaqondan 20-i, yəni 4 qatar tərkibi yeni xəttə, 6 qatar tərkibli 30 vaqon isə köhnə xətlərə buraxılacaq. Köhnə xətlərdə istismar müddəti başa çatan qatarlar xətdən çıxarılacaq."

Ə.Osmanov bildirib ki, yeni qatarlar Rusiyanın "Metrovaqonmaş" şirkətindən alınıb.

Milli.Az