Yaponiya poçtu ilk dəfə korrespondensiyaları dronlar vasitəsilə çatdırmağa başlayıb

9 Noyabr 2018 00:30

Yaponiya poçtu ilk dəfə iki şöbəsi arasında korrespondensiyaları tam muxtar rejimdə uçan dronlar vasitəsilə çatdırmağa başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu ölkə ərazisində həyata keçirilən ilk bu tip əməliyyat hesab edilir.

Dronlar vasitəsilə daşınma noyabrın 7-də Fukuşima prefekturasının Minamişoma şəhərindən başlanıb.

Pilotsuz uçan aparat iki kiloqramlıq yük ilə qonşuluqda yerləşən Namie şəhərinə doğru hərəkət edib. Onun tam orta məktəbin şagirdləri tərəfindən çəkilmiş dron şəkillərini və konditer məhsulunu daşıdığı bildirilir.

Dron 9 kilometrlik məsafəni qət edərək, Namiedə yerləşən poçt məntəqəsinə cəmi 15 dəqiqəyə çatıb.

Milli.Az