Fransa Gürcüstana 18 milyon avro yardım edəcək

9 Noyabr 2018 07:21

Fransa hərbi əməkdaşlıq çərçivəsində Gürcüstana 18 milyon avro yardım edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Gürcüstanın maliyyə nazirinin müavini Georgi Kakauridze parlamentin maliyyə-büdcə komitəsinin iclasında söyləyib.

Nazir müavini deyib ki, bu yardım Gürcüstanın 2019-cu il üçün dəqiqləşdirilmiş dövlət büdcəsi layihəsində də əksini tapıb. Bu vəsait hesabına Gürcüstan Müdafiə Nazirliyinin 2019-cu il üçün maliyyələşməsi 55 milyon lari artırılıb. Fransa bu vəsaiti Gürcüstana 2015-ci ildə imzalanmış müqavilə əsasında ödəyəcək.

Milli.Az