ABŞ və İsrailə S-300 zərbəsi - Soyuq duş

8 Noyabr 2018 19:44

S-300-lər ABŞ-ın Suriyadakı planlarını pozur.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Andrey Koşkin ABŞ-ın bu yöndə olan narahatlıqlarını şərh edərkən deyib.

"Görünür, ABŞ-ın siyasi və hərbi elitası S-300-lərin rus əsgərlərini etibarlı şəkildə qoruyacağını, Yaxın Şərqdəki siyasi və geopolitik proseslərdə ciddi təsirinin olacağını hələ yeni anlayıb. Əlbəttə, S-300-lər İsrail ordusunun Suriyadakı təxribatlarının qarşısının alınmasında ciddi maneədir. S-300-lər ABŞ və İsraildəki isti başlar üçün soyuq duşdur", - deyə ekspert bildirib.

Milli.Az