Məşhur model maşınına minərkən ayağı burxulub yıxıldı - FOTO

8 Noyabr 2018 17:32

Məşhur model Elle Macphersonun başına iş gəlib. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Sidneydə gül salonundan çıxarkən görüntülənən aktrisa paparassilərə salam verərək avtomobilinə minmək istəyib. 

Bu zaman ulduzun ayağı burxularaq yerə yıxılıb. 54 yaşlı Elleyə sürücüsü kömək edərək onu ayağa qaldırıb. 

Macphersonun çətin anları isə kameralarda əks olunub, mətbuatda və sosial şəbəkələrdə yayılıb. 

Milli.Az