"10 gün yadplanetlilərin əsiri olmuşam" - FOTO

9 Noyabr 2018 03:03

Yeni Zelandiyanın 70 yaşlı sakini Alek Nyuvaldu 30 il əvvəl yadplanetlilər tərəfindən oğurlandığını deyib.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, hazırda 70 yaşı olan Nyuvaldu hadisənin 1989-cu ildə baş verdiyini və yadplanetli bazada əsir qaldığını deyib.

1989-cu ilin fevral səhəri idi. Alek avtomobili ilə Rotorua vilayətindən dağlıq yolu ilə Oklendə yola düşür. Yol üç saatdan artıq olmamalı idi. Amma Alek Oklendə çatanda başa düşdü ki, aradan 10 gün keçib.

Əvvəlcə o, nə baş verdiyini bilmirdi. Sadəcə dumanlı yaddaşı və güclü yorğunluq hissi var idi. Onun doğmaları və dostları Alekin dağ aşırımından dərəyə yuvarlandığını düşünüblər. Alek xatırlayıb ki, onu yadplanetlilər oğurlayıb və 10 gün öz bazalarında saxlayıblar.

"Onlar məni qəflətən dağ yolundan apardılar. Mən birdən hiss etdim ki, üzərimə kərpic və ya sement yağdı. Mən iflic oldum və oturacağa sıxıldım.
Avtomobili idarə edə bilmirdim və hərəkət edə bilmirdim. Qarşıda qaya gördüm və düşündüm ki, indi qayaya çırpılacam.  Birdən göy alovla dolu bir məkanda gözlərimi açdım. Əvvəl elə bildim ki, ölmüşəm və o dünyaya səyahət edirəm. Mən heç vaxt UNO barədə eşitməmişdim və narkotik maddə qəbul etmirdim", - deyə Alek bildirib.

Sonra onun gözləri qarşısında nazir məxluq peyda olub və Alek əvvəlcə onu kabus kimi qəbul edib. Sonra digər məxluqlar da onu dövrəyə alıblar:
"Mən yuxarı baxdım və üç yadplanetli gördüm. Onlardan ən hündürü nazik kabus kimi görünürdü. İkincisi boyda daha alçaq idi və mən düşündüm ki, bu, kişidir. Üçüncü isə çox balaca və arıq idi və böyük başı var idi. Onun qeyri-adi ensiz gözləri var idi. Burun və qulaq görmədim".

Sonra yadplanetlilər Aleki müxtəlif binaların olduğu yerə aparıblar və hansısa maşına minməyi əmr ediblər. Maşın Alek üçün xüsusi fikizi bədən hazırlayıb. Nyuvaldın sözlərinə görə, yadplanetlilər planetimizə gəlmək üçün fiziki bədən hazırlayırar və bu məqsədlə belə maşınlardan istifadə edirlər.
10 gündən sonra isə Aleki Yer planetinə qaytarıblar.

Milli.Az