Fransa klubu 100 milyona satıldı

8 Noyabr 2018 20:08

Fransanın "Bordo" klubunun yeni sahibi bəlli olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi Bordo satılıb. 1999-cu ildən Bordo"nun səhmlərinə nəzarət edən M6 telekanalı klubu 100 milyon avroya satıb. Klubun yeni sahibi amerikalı biznesmen Cozef Daqros olub.

Qeyd edək ki, "Bordo" hal-hazırda Liqa 1-də 11-ci pillədə qərarlaşıb.

Milli.Az