Tramp və Putin Argentinada görüşəcək

8 Noyabr 2018 15:54

"ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında görüş barədə razılıq var".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, görüşün olacağını həm Moskva, həm də Vaşinqton təsdiqləyib.

Qeyd olunur ki, görüş G-20 sammiti çərçivəsində nəzərdə tutulub. G-20 sammiti 30 noyabr - 1 dekabr tarixlərində Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq.

Milli.Az