Şəmkirin Keçili kəndində ev yanıb

8 Noyabr 2018 16:26

Şəmkirdə ev yanıb.

FHN-dən Milli.Az-a verilən məlumata görə, rayonun Keçili kəndində ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaqlı evin tavanı 10 m² sahədə və ev əşyaları qismən yanıb.

Məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az