Sahibkarlar üçün sığorta faizi aşağı salına bilər

8 Noyabr 2018 14:18

"Bu gün Azərbaycanda bir milyondan çox qeyri-leqal məşğulluq var və həmin insanların sığortaya cəlb olunması gözlənilir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli komitənin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, qeyri-leqal məşğulluğun azaldılması istiqamətində sahibkarlar üçün sığorta faizinin aşağı salınması gözlənilir. H.Rəcəblinin sözlərinə görə, vergi tətbiqolunmasında, sığortaların alınmasında köklü islahatların aparılması gözlənilir.

Milli.Az