Amaliya Pənahovanın nəşi Təzəpirdə - FOTO

8 Noyabr 2018 12:31

Xəbər verdiyimiz kimi, bu gecə dünyasını dəyişən xalq artisti Amaliya Pənahovanın cənazəsi yuyulmaq üçün Təzəpir məscidinə gətirilib.

Milli.Az bildirir ki, "qafqazinfo"nun məsciddə olan əməkdaşlarının verdiyi məlumata görə, məscidə Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizov, aktrisanın dostları və qohumları gəliblər.

Xalq artistinin yaxınları bu gün çəkiliş aparılmasına icazə verməyiblər.

Qeyd edək ki, Amaliya Pənahovailə vida mərasimi sabah Akademik Milli Dram Teatrında baş tutacaq.

Milli.Az