"Şaman" Amaliya Pənahovanın sonuncu obrazı oldu - FOTO

8 Noyabr 2018 14:14

Ötən gün gecə saatlarında dünyasını dəyişən xalq artisti Amaliya Pənahova uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Bakı Bələdiyyə Teatrının yaradıcısı olan aktrisa uzun fasilədən sonra rejissor Aqil M.Quliyevin filmində rol alıb. "Şaman" adlanan ekran işi hələ təqdim edilməyib. Rejissor bir neçə ildir ki, ekran işi üzərində çalışır.

Aqil əməkdaşımızla söhbətində bildirib ki, yeddi ildir üzərində çalışdığı "Şaman" 2019-cu ildə tamaşaçıların ixtiyarına veriləcək:

"Amaliya xanımla bağlı olan səhnələrin çəkilişi başa çatmışdı".

"Şaman"da mərhum aktrisa şaman qadın obrazını canlandırıb. Ekran işindən aktrisanın yayılan fotoları tamaşaçıları təəccübləndirib. Pənahova burada tanınmaz halda kamera qarşısına keçib.

"Şaman" mərhum aktrisanın rol aldığı sonuncu film olub.

Milli.Az