ABŞ-da barda gülləbaran: 13 ölü, onlarla yaralı - YENİLƏNİB - VİDEO - FOTO

8 Noyabr 2018 15:24

15:24

ABŞ-ın Kaliforniya ştatının cənubunda, Los-Anceles yaxınlığındakı Tausend Ouks şəhərində yerləşən "Borderline Bar and Grill" barındakı gülləbaranda 13 nəfər həlak olub. Onlarla insanın yaralandığı bildirilir.

Həlak olanların və yaralananların tam əksəriyyəti gənclərdir.

Milli.Az CNN-ə istinadən bildirir ki, yerli polis departamentindən verilən məlumata görə, naməlum şəxs bara daxil olaraq oradakı adamlara 30 dəfə atəş açıb.

Bar kantri musiqi janrında konsertlərin keçirildiyi yer kimi tanınır. İnsident yaşanan gecə orada kollec tələbələrinin görüşü və partisi vardı.

Hadisə yerinə yollanmış polislər atəş açan şəxslə atışmaya başlayıblar. Atışmada bir polis zabiti yaraldanıb.

ABC7 məlumat verir ki, gülləbaran zamanı barda yüzlərlə insan olub.

Ventura bölgəsindəki bardakı insanları gülləbaran edən şəxsin alnına atəş açaraq intihar etdiyi vurğulanır.

Həlak olanların arasında Ventura şerifinin müavini də var.

İlkin məlumatlara görə, bardakı insanlara atəş açan şəxsin əynində qara plaş, gözlərində qara eynək, başında beysbol papağı olub.

12:04

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kaliforniya əyalətində bir kluba silahlı hücum təşkil edilib.
Milli.Az bildirir ki, hadisə nəticəsində xeyli sayda adam yaralanıb. Hadisə Kaliforniyanın Thousand Oaks ştatında törədilib.

Kluba daxil olan silahlı adam ətrafa atəş açıb. Yerli vaxtla saat 11.20də törədilən hadisədə 10-20 adam yaralanıb.Hadisənin terror aktı olub olmadığı haqqında rəsmi açıqlama verilməyib.

Bəxtiyar Umarlı

Milli.Az

#THOUSANDOAKS UPDATE: Authorities said at least six people have been wounded, including a sheriff's deputy, in the mass shooting at #Borderline. The suspect may also still be on the loose. https://t.co/3gvXBtKg7t pic.twitter.com/zIK11Ltsj6

- ABC7 Eyewitness News (@ABC7) 8 ноября 2018 г.

Multiple shooting victims in #ThousandOaks pic.twitter.com/QH9ucjNvFw

- christina heller (@CHellerTVNews) 8 ноября 2018 г.