Amaliya Pənahovayla vida mərasiminin - YERİ və VAXTI

8 Noyabr 2018 11:30

Bu gecə dünyasını dəyişən xalq artisti Amaliya Pənahova ilə vida mərasimi sabah keçiriləcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, noyabrın 9-u saat 12:00-da Akademik Milli Dram Teatrında A. Pənahova ilə vida mərasimi baş tutacaq.

Hələ ki, xalq artistinin harada dəfn olunacağı açıqlanmayıb.

Qeyd edək ki, hazırda sənətçinin nəşi Təzə Pir məscidinə gətirilib.

Milli.Az