Çində kimya zavodunda partlayış: 6 ölü, 7 yaralı

8 Noyabr 2018 09:16

Çinin Hebey əyalətində kimya zavodunda partlayış baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Sinle şəhərində yerləşən zavodda baş verən partlayış nəticəsində 6 nəfər həlak olub, 7 nəfər xəsarət alıb.

Xəsarət alanlar insidentdən dərhal sonra xəstəxanaya yerləşdiriliblər, onlardan 2-nin vəziyyəti çox ağırdır.

Partlayışın səbəbi araşdırılır.

Milli.Az