Meksikada ağır yol qəzası: ölənlər və yaralananlar var

8 Noyabr 2018 09:02

Meksikanın paytaxtında 12 avtomobilin iştirakı ilə yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Mexiko-Toluka avtomobil yolunda baş verən qəza nəticəsində 7 nəfər həlak olub, 30 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, əyləcində nasazlıq olan yük maşını hərəkətdə olan digər 11 avtomobilə çırpılıb.

Hazırda hadisə yerində xilasetmə işlər davam etdirilir, 20-yı yaxın insan avtomobillərdə sıxılı vəziyyətdə qalır.

Milli.Az