Venesuela OPEK-ə öz kriptovalyutasını təqdim edəcək

8 Noyabr 2018 08:28

Venesuela hakimiyyəti OPEK ölkələrinə özünün "petro" kriptovalyutasını hesablaşma vasitəsi kimi təqdim edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin neft sənayesi naziri Manuel Kevedo bildirib.

M.Kevedo deyib: "Biz OPEK-də 2019-cu ilin birinci rübündə "petro"nu dünyada neft ticarəti üçün valyuta kimi təqdim edəcəyik <...> biz bütün məhsullarımızı bu kriptovalyuta ilə satacağıq".

Qeyd edək ki, "petro"nun satışları fevral ayında başlayıb. Venesuelanın kriptovalyutasının qiyməti ölkədə hasil olunan neftin bir barrelinə bərabərləşdirilib və 60 dollara yaxın təşkil edir.

Milli.Az