Meyvezer üzr istədi

8 Noyabr 2018 07:46

Amerikalı boksçu Floyd Meyvezer yaponiyalı kikboksçu Tensin Natsukava ilə döyüşə razılıq vermədiyini bildirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə o, özünün Instagram səhifəsində yazıb.

Meyvezer qeyd edib ki, söhbət yaponiyalı kikboksçu ilə yalnız nümayiş xarakterli çıxışdan gedirdi. Özü də razılaşmanın şərtinə görə, dekabrın 31-ə planlaşdırılan bu çıxış məhdud sayda insanlar üçün nəzərdə tutulurdu və televiziya yayımından söhbət getmirdi.

41 yaşlı boksçu tamaşaçılardan üzr istəyib.

Milli.Az