Tramp Qaşıqçı məsələsini Konqreslə müzakirə edəcək

8 Noyabr 2018 07:15

ABŞ prezidenti Donald Tramp gələn həftə qətlə yetirilmiş jurnalist Camal Xaşkacinin işi üzrə bəyanat verəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə D.Tramp Ağ Evdə keçirilən mətbuat konfransı zamanı Səudiyyə Ərəbistanının jurnalistin ölümündə günahkar olması ilə əlaqədar sualı cavablandırarkən bildirib.

D.Tramp deyib: "Mən bu mövzuda gələn həftə çox ciddi fikir bildirəcəyəm".

Qeyd edək ki, C.Xaşkaci sənədlərinin rəsmiləşdirilməsi üçün oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gəlib. Səudiyyə Ərəbistanı tərəfi C.Xaşkacinin konsulluqdan çıxdığını bildirsədə bir neçə gün sonra onun İstanbuldakı Baş konsulluqda münaqişə nəticəsində öldüyünü təsdiq edib. Ölkənin baş prokuroru bildirib ki, onun ölümü ilə bağlı Səudiyyə Ərəbistanının 18 təbəəsi saxlanılıb.

Milli.Az