Zimbabvedə dəhşətli qəza: 47 nəfər ölü

8 Noyabr 2018 07:05

Zimbabvenin şimal-şərqində iki sərnişin avtobusu toqquşub.

Milli.Az Trend-ə istinadən bildirir ki, avtobusların toqquşması nəticəsində azı 47 nəfər həlak olub. Həlak olanlar arasında 2 uşaq olub.

Bildirilir ki, toqquşma ölkənin Rusape şəhərin yaxınlığında baş verib (Manikalend əyaləti). Qəzanın digər təfərrüatları barədə məlumat verilmir.

Milli.Az