Həbibin meneceri Makqreqora hədə-qorxu gəldi

7 Noyabr 2018 21:18

UFC çempionu Həbib Nurməhəmmədovun meneceri Əli Əbdel-Əzizirlandiyalı idmançı Konor Makqreqorun təhqirlərinə cavab verib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, Konorun təhqirə son verməyəcəyi təqdirdə, irlandiyalını döyəcəyini bildirib. 

"Ailəmi təhqir etdiyi üçün Makqreqorun sifətini dağıtmaq istəyirəm. Həbib artıq qisasını alıb, mən isə hələ yox", - deyə o vurğulayıb. 

Əli Əbdel-Əziz həmçinin Makqreqorla Floyd Meyvezeri güclü və ciddi rəqib saymadığını bildirib. 

Milli.Az