Dj Çina “Mustang”la qəzaya düşdü: dəmirlərə çırpıldı - VIDEO - FOTO

7 Noyabr 2018 19:52

Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az primetime.az-a istinadən xəbər verir ki, qəza bir az əvvəl "Sahil" metro stansiyasının qarşısında qeydə alınıb.

Belə ki, "Ford Mustang" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarındakı dəmir lövhəyə çırpılıb. Hadisə nəticəsində ölən və yaralananın olmadığı deyilir. 

Əldə edilən məlumata görə, qəzaya düşən avtomobil dicey Çingiz Mustafayevə (Dj Çina) məxsusdur və sükanda da özü olub.

Videonu izləmək üçün şəklə klikləyin:
Dj Çina "Mustang"la qəzaya düşdü: dəmirlərə çırpıldı

Milli.Az