"Üzümü gizlədirdim ki, deməsinlər toyumda oxuyan süpürgəçidir" - Səfil həyatı yaşayan Samirə - VİDEO

7 Noyabr 2018 19:26

Vaxtilə böyük səhnələrdə çıxış edən müğənni Samirə Vahabova ilə bağlı şok iddia ortalığa atılıb.

Bu da səfil həyatı yaşayan bir zamanların məşhur azərbaycanlı müğənnisi - VİDEO

Milli.Az xəbər verir ki, səfil həyatı yaşayan qadınla bağlı "Bizimləsən"ə ismini anonim saxlayan bir nəfər zəng edərək, Samirə xanımın 3 otaqlı mənzili olduğunu iddia edib.

Bir zamanların məşhur müğənnisi bu iddianı gözyaşı içində təkzib edərək hər şeyi olduğu kimi etiraf edib:

"Mən bir neçə yerdə işləyirdim. Bunu İzzət Bağırov da bilir. Əgər mənim elə imkanım var idisə, 14 il mən İdman İnstitutunda niyə təmizlik işçisi kimi çalışırdım? Həm içərini, həm küçəsini süpürürdüm. Tanış-tunuş olanda üzümü örtürdüm ki, sabah deməsin "Mənim toyumda süpürgəçi oxuyub". 

Bu məqamda Samirə xanımın sözlərini İzzət Bağırov təsdiq edərək onu necə tapdığını danışıb.

Ətraflı videoda:

Videonu izləmək üçün şəklə klikləyin:

Təhməz Təkin
Milli.Az