Tbilisi ekoloji çirkli şəhərlər sırasında 58-ci pillədədir

7 Noyabr 2018 22:06

Tbilisi dünyanın ekoloji cəhətdən çirkli şəhərləri sırasında 58-ci yerdədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Pollution İndex 2018 Mid-Yer" təşkilatının hesabatında məlumat verilib.

Bildirilir ki, təhqiqatçılar dünyanın 273 şəhərində ekoloji çirklənməni öyrəniblər.

Tbilisinin ekoloji çirklilik indeksi 2017-ci illə müqayisədə daha da ağırlaşıb və şəhər iki pillə geriləyərək 60-cı yerdən 58-ci pilləyə düşüb.

Dünyanın ən çirkli şəhərləri sırasında ilk üç yeri Makedoniyanın Tetovo, Nepalın Kamandu və Hindistanın Faridabad şəhərləri tuturlar.

Dünyanın ekoloji təmiz şəhərləri sırasında Finlandiyanın Helsinki, Yeni Zelandiyanın Vellinqton və Avstraliyanın Kanberra şəhərləri ilk üçlükdə qərarlaşıblar.

Ekoloqların fikrincə, Tbilisidə havanın çirklənməsinin əsas səbəbi istifadə olunan avtomobil yanacağının çox aşağı səviyyədə olmasıdır.

Milli.Az