Fransa, Niderland, Avstriya büdcə mövzusunda İtaliyaya təzyiq edirlər

7 Noyabr 2018 22:19

Fransa, Niderland və Avstriya 2019-cu il büdcə qanun layihəsi ilə bağlı İtaliyanı Avropa Komissiyası ilə danışıqlar aparmağa və Aİ-nin qaydalarına riayət etməyə çağırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Brüsseldə "Avroqrup"un iclasına qatılan Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Meyr İtaliyanı mübahisəli büdcə layihəsini yenidən nəzərdən keçirməyə çağırıb.

Hollandiya maliyyə naziri Vopke Hoekstra da rəsmi Romanı Avropa Komissiyası ilə dialoq aparmağa səsləyib.

Avstriyanın maliyyə naziri Hartviq Löger İtaliyanın "Sabitlik Paktı"nın qaydalarına riayət etməli olduğunu deyib.

Milli.Az