Menecer xanımdan maraqlı açıqlama: Ərim Ronaldu qədər...

7 Noyabr 2018 16:16

Milanın "İnter" klubunun futbolçusu Mauro İkardinin həyat yoldaşı və meneceri Uanda Nara maraqlı açıqlama verib.

Milli.Az publika-ya istinadən xəbər verir ki, o, həyat yoldaşını "Yuventus"un hücumçusu Kriştianu Ronaldo ilə müqayisə edib.

"İtaliya çempionatının üç matçını qaçırmasına rəğmən, Mauro Ronaldu qədər yaxşı oynayıb. Onun qədər qol vurub. Mən görmək istərdim ki, "Yuventus" beş qol vurarkən Ronaldo öz skamyasında rahatca otursun və o, bilir ki, "Genoa"da İkardiyə qarşı baş verənlər kimi üçündən biri onun bəxtinə yazıla bilərdi"-, Nara deyib.

Qeyd edək ki, 25 yaşlı İkardi bu mövsüm İtaliya çempionatında 8 matçda altı qol vurub. "Real"dan "Yuventus"a 117 milyon avro qarşılığında keçən 33 yaşlı Ronaldo isə 11 matçda 7 qol vurub.

Milli.Az