Nüsrət məşhur DJ-i qızıl tozlu ətə qonaq etdi - FOTO

7 Noyabr 2018 16:40

Məşhur qəssab Nüsrət qızıl tozlu ət şousu ilə yenidən sosial şəbəkənin gündəminə düşüb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, Nüsrət bu dəfə məşhur "DJ Khaled"-i qonaq edib.

Rihannadan tutmuş Castin Biberə qədər bir çox ulduzla işləyən məşhur DJ Nüsrətin Mayamidəki restoranında qonaq olub. DJ Nüsrətin hazırladığı qızıl tozuna batırılmış əti özü kəsib.

Nüsrət isə bunu İnstaqram səhifəsində paylaşıb və "Biz ən yaxşısıyıq" yazıb.

Milli.Az