Müdirdən işçilərinə qarşı görünməmiş iyrənclik: bir-birinin təbii ehtiyaclarını... - FOTO

7 Noyabr 2018 14:14

Hədəfə çatmadıqlarına görə işçilərinə təbi ehtiyaclarını içdirən şirkət meneceri saxlanılıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Çinin Quicou vilayətindəki şirkətlərdən birinin meneceri işçilərini iyrəncliyə məcbur edib.

Həmin anların videosu sosial şəbəkələrdə yayıldıqdan sonra menecer polis tərəfindən saxlanılıb.

Videoda işçilərin bir-birini kəmərlə döyməsi, bir-birinin təbii ehtiyacını içməsi əks olunub.

Menecer aylıq hədəflənən planı tamamlamadıqlarına görə işçilərə belə əziyyət verib.

Görüntülər oktyabr ayının 30-da çəkilib.

Məsələ ilə bağlı araşdırma aparılır.

Fuad
Milli.Az