Bu dəfə Şövkət Ələkbərovadan oxudu

7 Noyabr 2018 15:12

Əməkdar artist Səbinə Babayeva əfsanəvi Şövkət Ələkbərovanın yaradıcılığına müraciət edib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni musiqisi Ramiz Mirişliyə, sözləri İslam Səfərliyə məxsus "Qəbahətin böyükdür" mahnısını səsləndirib. 

"Milli musiqilərimizə qarşı böyük məhəbbətim var. Buna görə də, tez-tez repertuarıma həmin ildə yazılan mahnıları daxil edirəm. Bəziləri həmin əsərləri köhnə adlandırır, amma mən onlara real musiqi deyirəm. Təssuf ki, o illərin musiqisi biz istədiyimiz kimi televiziyalarda fəal şəkildə yayımlanmır. Musiqimizi, mədəniyyətimizi unutmamaq bizim üçün çox vacibdir", - S. Babayeva qeyd edib. 

Bu məqamda bildirək ki, ifa əməkdar artistin rəsmi "Youtube" səhifəsində yerləşdirilib. 

Milli.Az