Bekhem yeni yaratdığı futbol klubu üçün stadion inşa etdirəcək

7 Noyabr 2018 14:07

İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem sahibi olduğu "İnter Mayami" klubu üçün stadion inşa etdirəcək.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu qərar klubun bazasının yerləşdiyi ərazidə məskunlaşan insanlar arasında keçirilən referendumdan sonra qəbul olunub.

Səsvermədə iştirak edənlərin 60 faizi komandanın bazasının yaxınlığındakı qolf meydançasının yerinə yeni stadion, "Liberty Parkı"nın əvəzinə isə ticarət kompleksi tikilməsinə razılıq veriblər.

25 minlik tutuma malik olacaq yeni stadionun tikintisinə bu ilin sonunda başlanacaq.

Qeyd edək ki, "İnter Mayami" klubu 2020-ci ildən ABŞ və Kanadanın ən yüksək liqası sayılan MLS-də mübarizə aparacaq. 

Milli.Az