Dünya nizamının tənzim məkanı

8 Noyabr 2018 22:40

Dünyanı tanımaq - Quranda bəyan olunan mövzulardan biridir. Quranda səma və yerin həm maddi və həm də mənəvi mənalarına işarə edilmişdir.

Yerlə göyün sayı.

Quranda yeddi dəfə açıq və iki dəfə metafora ilə yeddiqatlı səma və yeddiqatlı yer haqqında xəbərlər verilmişdir.

"Allah yeddi göyü və bir o qədər də yeri (yeddi ədəd Yer kürəsi, yaxud yerin yeddi təbəqəsi və yaxud Yer kürəsinin səthində yeddi iqlim qurşağını) yaradandır. (Vacib başlanğıcın) mütləq baş verəcək iradə(si) (yaradılışın tərtibinə uyğun olaraq) onların arasında (mümkün olan ilk məxluqdan tutmuş, onun axırıncı mərtəbələrinə kimi tədriclə) nazil olurdu. (Beləliklə, hamısına varlıq libası geyindirdi) və (həqiqi hakimin) əmr(i mələklərə) onların arasında (onların kamil nizamının tədbiri, intizamı barədə) daim nazil olur ki, biləsiniz. Allah hər şeyə qadirdir və Allahın elmi hər şeyi əhatə etmişdir!". ("Təlaq" 12).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu ayədə adı çəkilən səma sözü Quranda 310 dəfə istifadə olunmuşdur. "Səma" sözünün mənası "yüksəklik" deməkdir. Qurani-Kərim səma sözünün həm maddi və həm də mənəvi mənalarını bəyan etmişdir.

Maddi mənası.

1. Səma - yüksəklik mənasını verən sözdür. Bu ayədə olduğu kimi: "Məgər (qəlb gözü ilə) Allahın necə məsəl çəkdiyini görmədin? Pak kəlməni (tövhidi) kökü (yerdə) möhkəm, budağı (isə) göydə olan pak ağaca (bənzədib). (Tövhid ağacının kökü cəmiyyətin etiqadının əsasları, onun budaqları isə dinin şəriətdə buyurduğu əməllərdir ki, yüksək bir cəmiyyətin səmasına ucalır)". ("İbrahim" 24).

2. Səma, yer ətrafında olan suya şamil edilir. "Göydən (yağış, qar və dolu şəklində) xeyir-bərəkət dolu su endirdik. Onun vasitəsi ilə (çoxlu ağacı olan) bağlar və biçilməli dən(li bitki)lər bitirdik". ("Qaf" 9).

3. Səma ulduzlar və kainat məkanı mənasındadır. "Göydə (ulduzlarda) bürclər vücuda gətirən və onda çıraq (Günəş) və parlaq Ay yaradan (Allah) uca, əbədi və bərəkətlidir". ("Furqan" 61).

Mənəvi mənası.

1. Səma, qürb məqamına işarə edir. "O, (xilqətin əvvəlindən Qiyamət qopacağı vaxta qədər) bu dünyanın işlərini (Öz cəlal)səma(sın)dan (bu yer barəsində olan fərmanla, mələklərinin əli ilə) tədbir və tənzim edir. Sonra (tədbirdən hasil olunan nəticələr)sizin saydığınız illərdən min ilə bərabər olan bir gündə On(un dərgahın)a sarı yüksələr (və araşdırılmaq və hökm olunmaq üçün "hesab" dayanacağında Ona təqdim olunar)". ("Səcdə" 5).

2. Səma, ali və həqiqi varlıq mənasındadır. "Sizin ruziniz (yağış, külək, nur, gecə, gündüz və fəsillər kimi ruzinizin təmin olunma vasitələri) və sizə vəd edilən şey (axirət cənnəti) göydədir". ("Zariyat" 22).

Milli.Az