Mələklər gülürlərmi?

8 Noyabr 2018 22:55

Həzrət Peyğəmbər (s) bir gün Cəbrayildən (ə) soruşur: "Mələklər gülürlərmi?".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Cəbrayil (ə) cavab verir: "Bəli, üç kəsə təəccüb etdikləri üçün gülür və üç kəsə rəhm etdikləri üçün ağlayarlar.

- O kəslər ki, günlərini boş işlərlə keçirir və axşam olan kimi işa namazını qılarlar və sonra yenə də öz boş işlərini davam etdirərlər, mələklər (ona) gülərlər. Onlar deyərlər: "Ey xəbərsiz! Gecə və gündüz doymadın, indi doyacaqsan?"

- O kəndçilər ki, bel və kürəklərini götürüb torpağı təmir və islah etmək adı ilə (özləri ilə şərikləri arasında) müştərək divar tikərlər ki, paylarını artırsınlar, mələklər gülər və deyərlər: "Bu torpaq bu qədər genişliyi ilə səni doyuzdurmadı, bu kiçik yer səni doyuzduracaqdır?"

- O qadın ki, sağ olan zaman özünü naməhrəmdən qorumaz, öləndən sonra onu qəbrə qoyan zaman bədənini örtərlər ki, heç kəs bədəninin həcmini görməsin, mələklər gülər və deyərlər: "O zaman ki, meyil və rəğbətdə idi, onu örtmürdünüz, indi ki, ikrah halındadır, onu örtürsünüz?"

Allah Təala bizləri mələklərin gülüş hədəfi olmaq kimi acı aqibətdən Özü qorusun.

Milli.Az