Kişi verilişdə oğlunun başqa kişidən oduğunu öyrəndi - Bakıda ŞOK OLAY - FOTO

7 Noyabr 2018 12:38

Bakıda həftələr öncə 2 oğlan uşağını ataraq evdən qaçan Əsgərova Aidə Əli qızının tapıldığı barədə məlumat vermişdik.

Milli.Az xəbər verir ki, "Səni axtraıram"ın studiyasına gətirilən qadın canlı yayımda etdiyi açıqlama ilə hər kəsi şoka salıb.

İlk evliliyindən 4 uşağı olduğu deyilən qadın efirdə atıb getdiyi uşaqların da hazırkı ərindən yox, başqa kişidən olduğunu deyib:

Evdə qoyub getdiyim uşaqlar bundan deyil. Gedək qanımdan analiz verib, sübut da edim. 

Bu etiraf qarşısında Aidənin studiyada əyləşən ikinci həyat yoldaşı təəccüb içində nə baş verdiyni anlamaqda çətinlik çəkib.

Aparıcı, ekspertlər və qonaqlar bu tükürpədən etiraf qarşısında məəttəl qalıblar.

Məhəmməd Vaqif
Milli.Az