AzTV-nin aparıcısı Azərbaycan çempionu oldu - FOTO

7 Noyabr 2018 12:00

İdman aparıcısı və bodibilder Fuad Quluzadə növbəti dəfə Azərbaycan çempionu olub.

Milli.Az bildirir ki, ölkə.az-ın məlumatına görə, idmançı-aparıcı bu uğura həm öz çəkisində, həm də mütləq çəkidə nail olub.

Qeyd edək ki, F.Quluzadə AzTV-nin və "İdman Azərbaycan" kanalının aparıcısıdır.

Milli.Az