Neymar hakimdən narazıdır: "Oyundan sonra mənə hörmətsizlik etdi"

7 Noyabr 2018 11:28

PSJ Çempionlar Liqasının qrup mərhələsində İtaliyada "Napoli"nin qonağı olub.

Milli.Az xəbər verir ki. 1:1 hesablı bərabərliklə bitən matçdan sonra parislilərin ulduz futbolçusu Neymar hakimdən narazılığını qeyd edib. 26 yaşlı hücumçu niderlandlı hakimin oyundan sonra ona yaxınlaşıb bəzi sözlər dediyini bildirib:

""Napoli" ilə oyunda hakim Byorn Kuypers final fitindən sonra mənə hörmətsizcə sözlər dedi. Nə dediyini açıqlamaq istəmirəm. Biz meydanda hakimlərə sayğı göstəririk. Onların da bizə hörmətlə yanaşmalarını gözləyirik".

Elçin
Milli.Az