Balıqçı dənizdən körpə uşaq çıxarıb - FOTO

7 Noyabr 2018 09:12

Yeni Zelandiyada balıqçı dənizdən 1,5 yaşlı uşağı çıxarıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, öncə dalğaların üzərində oyuncaq olduğunu düşünüb, sonra isə uşaq olduğunu görüb. 

Məlum olub ki, uşağın valideynləri yaxınlıqda yerləşən düşərgədə yatan zaman körpə gizlincə çadırdan çıxıb və dənizə doğru gedib. O, dənizdə cəmi 15 metr üzə bilib.

Balıqçı bildirib ki, bir dəqiqə geciksəydi, uşağa kömək edə bilməyəcəkdi.

Polis səhlənkar valideynləri məsuliyyətə cəlb etmək niyyətində deyil. 

Milli.Az